Cəlilabad yolları ağıllı işıqlandırma sistemi ilə təchiz olunur. Bu haqda bu gün, 3 fevral tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Cəlilabad və Göytəpə şəhərlərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və dalanların fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemləri quraşdırılıb. Küçələrin işıqlandırılması ilə yanaşı, artıq rayonun daxili avtomobil yolları da ağıllı işıqlandırma sistemi ilə təchiz olunur.
Artıq uzunluğu 3,1 km olan Cəlilabad-Qarazəncir və uzunluğu 9,7 km olan Cəlilabad-Göytəpə avtomobil yolları ağıllı işıqlandırma sistemi ilə təchiz olunmuş və vətəndaşların istifadəsinə verilmişdir.
Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.