SON XƏBƏRLƏR

Cəlilabad rayonunda ətrafı məişət tullantıları ilə çirkləndirən şəxslər məsuliyyətə cəlb ediliblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Apa-ya istinadən verir.

Belə ki, rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulmaması məqsədilə rayonda tədbirlər keçiriblər. Nəticədə məişət tullantılarının qalaqlanması halları aşkarlanaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.