SON XƏBƏRLƏR

Cəlilabadda Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin filialının açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Cəlilabad RİH-yə istinadən verir.

Açılışda Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov, Lənkəran-Astara iqtisadi rayonu DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri və yerli fermerlər iştirak ediblər.

Cəlilabad şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq.

Qeyd edək ki, bu filial Lənkəran-Astara iqtisadi rayonuna (Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı) daxil olan rayonları əhatə edəcək.