ADPU-nun Cəlilabad filialının tələbələri ağacəkmə aksiyasında iştirak ediblər. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az sosial şəbəkələrə istinadən xəbər verir.
ADPU-nun Cəlilabad filialında “Ümummilli Lider Heydər Əliyevin 100 illiyi”nə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyası filialın həyətyanı sahəsinin əhatə etdiyi parkda baş tutub. Ağacəkmə kampaniyasında filialın direktoru, dosent Xudayar Sultanlı, filialın əməkdaşları və tələbələr iştirak ediblər.