Cəlilabadda zəncirvari qəza törədən sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində Report.az-a istinadən verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin sözlərinə görə, ötən axşam Cəlilabad şəhər sakini R. Sultanov idarə etdiyi “Mercedes Benz” avtomobili ilə qadağan olunmuş yerdə ötmə əməliyyatı edib və nəticədə zəncirvari qəza baş verib.
Hadisə zamanı ümumilikdə 7 avtomobilə ziyan dəyib. İnsanlar arasında xəsarət alan olmayıb.