Cəlilabadda 27 Sentyabr – Anım Gününə həsr olunmuş rəsm sərgisi təşkil olunub. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Cəlilabad Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Cəlilabad Dövlət Rəsm Qalereyası və digər mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində 50-dən çox yeniyetmə və gənc iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd işğaldan azad olunmuş şəhər və kəndləri uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq, vətənpərvərlik ruhunu təbliğ etmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.