Cəlilabad rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Apa.az-a istinadən verir.
Belə ki, rayon sakini, 42 yaşlı Mahir Zeynalov bel nahiyəsindən bıçaq xəsarəti alıb. O, rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hal-hazırda hadisənin kim tərəfindən törədildiyi və səbəbləri dəqiqləşdirilir.
Araşdırma aparılır.