Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində Lent.az-a istinadən verir.
Hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Elxas Orduxan oğlu Əmirov yaşadığı evin həyətində özünü asıb.
Onun asılmış meyitini yaxınları aşkar ediblər.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.