SON XƏBƏRLƏR

Cəlilabadda kütləvi zəhərlənmə faktı müşahidə edilib. Bu haqda bu gün, 6 fevral tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Şəhər sakinləri – 35 yaşlı Abbasova Almaz Əliqəmbər qızı, 30 yaşlı Həşimova Zəhra Əliqəmbər qızı, 13 yaşlı A.Abbaslı, 11 yaşlı V.Abbaslı və 10 yaşlı F.Həşimova zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.