Cəlilabadda evin yanar konstruksiyaları külə çevrilib. Bu haqda bu gün, 14 mart tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.