SON XƏBƏRLƏR

Cəlilabadda kişi qeyri-rəsmi yaşadığı qadını baltalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə rayonun Yusublu kəndində qeydə alınıb. Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı, 21 yaşlı Səbinə Abbasovanı baltalayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayevin veridiyi məlumata əsasən,  faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanılıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir.