Şəhidlər Parkı Abidə Kompleksində anım mərasimi keçirilib. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Mərasimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzüblər, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi böyük hörmətlə anılıb. Şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə otuz üç il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətlər yada salınıb. Bakı vaxtı ilə saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, rayon ərazisində avtomobillərin və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.