Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Həmin şəxslər Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1 ay ərzində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb. Onlardan 15 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı Cəlilabad RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.