Qida Təhlükəsizliyi Agentliyi Cəlilabadda istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu haqda bu gün, 21 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
AQTA-nın keçirdiyi yoxlamalar nəticəsində Cəlilabadda 2 mağaza qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən cərimələnib:
– “Rahat” marketi – Cəlilabad şəhəri, H.Əliyev prospekti;
– “Yeni” marketi – Cəlilabad şəhəri, H.Əliyev prospekti.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.