SON XƏBƏRLƏR

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 fevral tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

Hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb. Minik avtomobili hərəkətdə olan zaman  idarəetmədən çıxaraq maneəyə çarpılıb. Nəticədə rayon sakinləri – 17 yaşlı Ülvi Piriyev və 16 yaşlı İsmayıl Mikayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.