SON XƏBƏRLƏR

Cəlilabadın Dövlətalıbəyli kəndində yerləşən 100 illik dəyirman günə 2 ton un istehsal edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Report.az-a istinadən verir.

Dəyirmanın sahibi Əzizağa Dadaşov bildirib ki, dəyirmanda üyüdülən un insan orqanizmi üçün daha xeyirlidir.

“Xüsusilə, pəhriz saxlamaq tövsiyə edilmiş bir çox insanlar bu dəyirmanda üyüdülən buğdanın unundan qidalanırlar. Eyni zamanda dəyirmanın həm sadəliyi, həm də 100 ildən çox tarixi bura gələnlərin marağına səbəb olur. Bu dəyirmanların üstünlüyü ondadır ki, kəpəyi undan ayırmır, un kəpəkli olur, bu da tibbi cəhətdən xeyirlidir. Çünki dədə-babalarımız min illər bu dəyirmanlardan, undan istifadə ediblər. Heç bir xəstəliyə düçar olmayıblar”.

Qeyd edək ki, Cəlilabada ötən əsrin 30-cu illərində, rayonda taxılçılıq inkişaf etdiyi vaxtlarda gətirildiyi güman edilən dəyirmanın saatda 200-250 kq və ya gündə 2 ton un istehsal etmə gücü var.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda