SON XƏBƏRLƏR

Cəlilabadda “Övladlarımızı peyvənd etdirək, gələcəyimizi qoruyaq” adlı tədbir keçirilib. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə istinadən xəbər verir.

Tədbiri giriş sözü ilə açan Cəlilabad RMX PHŞ-nin direktoru Elnur Azadxanov 2005-ci ildən etibarən hər il genişmiqyasli aksiya – Avropa immunlaşdırma həftəsinin keçirilməsinin və immunizasiyanin əhəmiyyəti barədə geniş məlumat verib. Tədbirdə, həmçinin direktorun Terapevtik xidmətlər üzrə müavini Sənubər Manafova, Poliklinika şöbəsinin müdiri Aynur Məmmədova, Cəlilabad RMX-nin Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Rasim Bəhrəmov, ailə həkimləri, pediatrlar Könül Əliyeva, Aynur Bəşirova və Validə Cəfərova yoluxucu xəstəliklər, onların fəsadları və peyvəndlənmənin müsbət tərəfləri haqqında maarifləndirici çıxış ediblər.

Tədbirdə tibb işçilərinin immunizasiya prosesində qarşılaşdıqları problemlər müzakirə olunub.

Həmçinin immunizasiyadan imtina edənlər və immunizasiyanı hər hansı səbəbdən gecikdirən valideynlərin uşaqları immunizasiyaya cəlb olunublar.

Tədbir iştirakçılarına profilaktik peyvəndlər təqvimi buklet şəklində paylanıb.