SON XƏBƏRLƏR

Cəlilabad rayon Günəşli kənd mədəniyyət evinin əməkdaşları “Qəhrəmanlarımızı tanıyaq” layihəsi çərçivəsində Silahlı Qüvvələrin top komandiri, baş leytenant Rafiq Bağırovla görüşüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Rafiq Bağırov Vətən müharibəsində Füzuli və Hadrut ətrafı kəndlərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Görüş zamanı o, şərəfli döyüş yolu haqqında məlumat verərək göstərilən diqqət və qayğıya görə layihənin təşkilatçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Rafiq Bağırov müvafiq sərəncamlarla “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.