Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən transformator təhlükə saçır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində verir.
Belə ki, ətrafda yaşayış evləri yerləşdiyindən transformatorun çəpərsiz olması insanlar üçün, ələlxüsus da uşaqlar üçün təhlükəlidir.
“Ümid edirik ki, bir fəlakət baş vermədən transformator çəpərə alınar və biz uşaqlarımızı rahatlıqla həyətə buraxa bilərik”, – deyə sakinlər bildiriblər.