Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Ümumi sahəsi 110 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.