SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Arif Əhmədov Dövlət Məşğulluq Agentliyindən narazıdır. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Xəzər Xəbər-ə istinadən verir.

Belə ki, Arif Əhmədov iddia edir ki, şəxsi təsərrüfatını yaratmaq məqsədilə özünüməşğulluq proqramına müraciət edib. Daha sonra müvafiq təlimlərdə iştirak edib və ona istəyi üzrə aktivlər verilib. Yəni o, təsərrüfatını yaratmaq üçün  xırdabuynuzlu heyvanlarla təmin olunub. Lakin verilən heyvanlar onu qane etməyib. Qoç adından quzu, sağlam adından xəstə heyvan veriblər.

Dövlət Məşğulluq Agentliyi isə şikayətçinin iddialarının əsassız olduğunu açıqlayıb. Qurumdan bildirilib ki, aktivlər vətəndaşın razılığı ilə təhvil verilib. Hətta təhvil-təslim prosesi video ilə qeydə də alınıb.

Arif Əhmədov deyir ki, videodakı razılığı məcburiyyət qarşısında səsləndirib. Əks halda, o, yeni aktivlər əldə etmək üçün növbəti mərhələni gözləməli olacaqdı.

Agentlikdən o da bildirilib ki, vətəndaş müvafiq prosedurdan keçdikdən sonra ona, seçdiyi zərf üzrə 20 baş qoyun, 1 qoç və 400 kq yem verilib. Vətəndaşlara təqdim edilən heyvanların keyfiyyət baxımından istifadəyə yararlı olduğu ilə bağlı isə aidiyyəti qurumların rəyi olur. Təhvil-təslim zamanı bununla bağlı akt tərtib edilir, vətəndaşlar məlumatlandırılır və onlarla müqavilə imzalanır. O ki qaldı vətəndaşın aktivlərdən imtina etməsinə, bu halda o, sonradan proqrama yenidən müraciət edə və eyni qayda üzrə yenidən aktivlərlə təmin oluna bilər.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda