SON XƏBƏRLƏR

Cəlilabad sakini mağazadan ümumilikdə 30 min manat pul oğurlayıb. Bu haqda məlumat bu gün, 10 oktyabr tarixində DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a verilib.

2022-ci ilin fevral-may ayları ərzində Cəlilabadda taxıl məhsullarının topdan şatışının həyata keçirildiyi mağazadan 30.000 manat pulun oğurlanması barəsində polis bölməsinə məlumat daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Aparılan araşdırmalarla onun Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Cümə Mustafayev olduğu məlum olub.

Məsələ ilə bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon