Cəlilabad rayon sakinləri paytaxtın Nəsimi rayon ərazisindəki mağazaların birindən mobil telefonlar oğurlayıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Belə ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq hadisəsi qeydə alınıb. Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – Sadiq Abdullayev və qardaşı Orxan müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.