SON XƏBƏRLƏR

Cəlilabadda at ətinin satılması faktı aşkarlanıb. Bu haqda bu gün, 13 mart tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.

AQTA və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfata baxış keçirilən zaman tövlədə ümumi çəkisi təqribən 200 kq olan bir baş kəsilmiş at cəmdəyi, bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb.

Bundan əlavə, həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri, ayaqları və baş nahiyəsi müəyyən edilib. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.