Masallı ərazisində polis əməkdaşları tərəfindən heroin və marixuana aşkar olunub. Bu haqda bu gün, 26 may tarixində Cenbulu.az DİN-ə istinadən xəbər verir.
Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbəsi ərazisində Cəlilabad rayon sakinləri İ.Qarayevə məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı F.Əliyevə məxsus 2 kq 390 qr heroin və 4 kq 525 qr marixuana aşkar olunaraq götürülüb.