Cəlilabadda profilaktik və əməliyyat tədbirləri nəticəsində 1 ədəd “Kalaşnikov” avtomatı və 5 ədəd tüfəng aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.
