Ağgöl ərazisində qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.