SON XƏBƏRLƏR

Cəlilabad sakini oğurluq etməkdə şübhəli bilinir. Bu haqda bu gün, 27 may tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş M.Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.