SON XƏBƏRLƏR

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Belə ki, 3 noyabr paytaxtın Səbail rayonu ərazisində 1400 manat dəyərində iki ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.