SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Cəlayir kəndində bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, 41 yaşlı Rahib Aslanlı qarın boşluğunda olan bıçaq xəsarəti ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, o, həmkəndlisi tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.