Cəlilabad sakini Biləsuvarda qətlə yetirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində verir.
Hadisə Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Aşağı Cürəli kənd sakini, 30 yaşlı Rüfət Əlizadə Cəlilabadda olan qıza elçi göndərib. Ancaq qızın valideynləri razılıq verməyiblər.
Qızın qohumu, Cəlilabad rayon sakini İlhamlı Vüsal İlham oğlu Aşağı Cürəli kəndinə gələrək Rüfətlə mübahisə edib. Aralarında yaranmış münaqişə zəminində Rüfət Əlizadə Vüsal İlhamlıya bıçaqla xəsarətlər yetirərək qətlə yetirib.
Fakta görə Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.