Cəlilabadda rayon sakini arıların hücumu nəticəsində ölüb. Bu haqda 23 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə Alar kəndində qeydə alınıb. Kənd sakini Adil Rzayev öz arılarına qulluq edən zaman, arı yeşiyinin üzərinə yıxılıb. Bu vaxt arılar ona hücum edərək sancıblar.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılmasına baxmayaraq, Adil Rzayev dünyasını dəyişib. Yaşlı kişinin ölümünə səbəb arıların sancması ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.