SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Soyuqbulaq kəndində Qarabağ şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində Azertac-a istinadən verir.

Belə ki, şəhid Elçin Mərifət oğlu Ağayev və Famil Teyyub oğlu Mənsumovun şərəfinə inşa edilmiş abidə kompleksinin açılışında rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ziyalılar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən cəlilabadlı döyüşçülərin həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla anıblar.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon