SON XƏBƏRLƏR

Cəlilabadda mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər. Bu haqda bu gün, 28 sentyabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Rayonun Maşlıq kənd klubunun əməkdaşları şəhid Elgün Şükürovun, Komanlı kənd kitabxana fillialının işçiləri şəhid Vüsal Əliyevin ailələrinin evində olublar.

Mədəniyyət işçiləri ailələrin qayğıları ilə maraqlanıblar.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, şəhid Vüsal Əliyev “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.