SON XƏBƏRLƏR

Cəlilabad rayonundakı yeni Şəhidlər Xiyabanında təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu haqda Cenublu.az bu gün, 7 oktyabr tarixində Realtv.az-a istinadən xəbər verir.

Xiyaban Birinci Qarabağ müharibəsindən sonra salınıb və burada 256 cəlilabadlı şəhidin xatirəsi əbədiləşdirilib. Şəhidlər Parkı Abidə Kompleksində ziyarətçilərin şəhidlər haqqında ətraflı məlumat alması üçün xatirə lövhələrinin kənarına xüsusi QR-kodlar vurulub. Burada şəhidlərin həyatı və döyüş yolu haqqında həm yazılı, həm də səsli məlumatları əldə etmək mümkündür.

Xiyabanda xüsusi işıqlandırma sistemi quraşdırılıb, ərazidə yaşıllaşdırma və landşaft dizayn işləri aparılıb, kompleksə içməli su və təbii qaz xətti çəkilib, əbədi məşəl yandırılıb. Burada ucalan “Əbədi məşəl” abidə kompleksinin hündürlüyü 9 metrdir.

Qeyd edək ki, abadlıq işləri Cəlilabad RİH tərəfindən aparılıb.