SON XƏBƏRLƏR

Cəlilabadda Vətən müharibəsi şəhidi Famil Ağaşovun adına xatirə bulağının açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 sentyabr tarixində Cenub TV-yə istinadən verir.

Bulaq şəhidimizin adını daşıdığı Cəlilabad şəhər 3 nömrəli orta məktəbin qarşısında inşa olunub.

Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, Gənclər və İdman İdarəsinin rəhbərliyi, şəhid valideynləri, şəhidin döyüş yoldaşları və məktəbin müəllimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan söhbət açıblar.

Qeyd edək ki, Famil Ağaşov Vətən müharibəsində Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər