SON XƏBƏRLƏR

Cəlilabadda Vətən müharibəsi şəhidi Ayxan Cəmaləddin oğlu Cəfərovun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 oktyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Anım mərasimində Cəlilabad rayon Üçtəpə kənd folklor evinin əməkdaşları və Həmid Poladov adına ümumi orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, Ayxan Cəfərov 6 sentyabr 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon