SON XƏBƏRLƏR

Cəlilabadda yenidənqurma işləri görülür. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Şəhər ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması və yaşıllıqların salınması işləri davam etdirilir.

Həyata keçirilən tədbirlər çərçivəsində Zərifə Əliyeva küçəsində 6 ədəd çoxmənzilli yaşayış binasının əhatə etdiyi ərazidə abad həyat layihəsi icra olunur. İcra başçısı Rafiq Cəlilov görülən işlərə baxış keçirib. Həmçinin bildirilib ki, sakinlər üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri və  idman qurğuları quraşdırılacaq. Binaların həyətində yeni işıqlandırma sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması nəzərdə tutulub.