Cəlilabad şəhər 7 saylı orta məktəbinə istilik verilmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində Apa.az-a istinadən verir.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin qazanxanasının sobasında yaranan nasazlıqla bağlı məktəbin qızdırılmasında fasilələr yaranıb.
“Nasazlığı aradan qaldırmaq üçün təsərrüfat istismar qrupunun əməkdaşlarına müvafiq tapşırıqlar verilib”, – deyə məlumatda qeyd olunub.