SON XƏBƏRLƏR

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin büdcəsi açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, Cəlilabad şəhər İƏDÜN-nin büdcəsi 2022-ci il üçün 1.689.060 manat təşkil edir. Bu məbləğin 105.277 manatı əməkhaqqı və əməkhaqqından sosial ayırma məbləğidir.

Büdcənin digər iqtisadi təsnifatı üzrə vəsaitləri – dəftərxana, yanacaq və elektrik enerjisi haqqı üzrə 4.055 manat, Cəlilabad şəhər kommunal təsərrüfatının idarə edilməsi iqtisadi təsnifatı üzrə 410.934 manat, yaşıllaşdırma təsnifatı üzrə 86.700 manat, elektrik təchizatı təsnifatı üzrə 92.145 manat, şəhər küçələrinin abadlaşdırılması təsnifatı üzrə ayrılmış vəsait (tender vasitəsilə) 430.000 manat, şəhər yolların əsaslı təmiri təsnifatı üzrə ayrılmış vəsait (tender vasitəsilə) 430.000 manat, binaların fasadlarının təmiri təsnifatı üzrə ayrılmış vəsait (tender vasitəsilə) 70.000 manat və Mənzil İstismar Sahəsi müəssisəsinin zərərin ödənilməsi-subsidiya təsnifatı üzrə 59.949 manat vəsait təşkil edir.