Cəlilabad rayonunun Sabirabad kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 35 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 5 ton ot bağlamasının 1,5 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.