SON XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasının (BTS) sabiq direktoru barəsində cinayət işi açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-nin fəaliyyəti üçün əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon