SON XƏBƏRLƏR

Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin cari il üçün büdcəsi açıqlanıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Hazırda Göytəpə şəhər İƏDÜN-nin büdcəsi 350.323 manat təşkil edir. Təqdim olunan rəqəmlərdən 84.572 manat əməkhaqqı və əməkhaqqından sosial ayırma üzrə, 1.451 manatı iqtisadi təsnifat üzrə vəsaitləri – dəftərxana, yanacaq və elektrik enerjisi haqqı üzrə, 40.000 manatı kommunal təsərrüfatın idarə edilməsi iqtisadi təsnifatı üzrə, 18.300 manatı  yaşıllaşdırma təsnifatı üzrə, 16.000 manatı elektrik təchizatı təsnifatı üzrə müəyyən edilib.

Əlavə qalan rəqəm isə tender üzrə paylanılıb. Onlardan 70.000 manatı şəhər küçələrinin abadlaşdırılmasına və 120.000 manatı Göytəpə şəhərində yolların əsaslı təmirinə ayrılıb.