SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Ləkin kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Cəlilabad RİH
Cəlilabad RİH