SON XƏBƏRLƏR

Cəlilabad rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.

Hadisə rayonun Zopun kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 200 m² olan talvarın 20 m² sahədə yanar konstruksiyaları və altına yığılan 4,5 ton ot bağlamalarının 2 tonu yanıb.

Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon