SON XƏBƏRLƏR

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 oktyabr tarixində Report.az-a istinadən verir.

Qəza Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili hərəkətdə olan zaman yol kənarında dayanmış digər nəqliyyat vasitəsinə çarpılıb.

Nəticədə Bakı şəhər sakinləri 20 yaşlı K.Qasımov, 23 yaşlı F.Cəfərov, Cəlilabad rayonu Göytəpə şəhər sakinləri 34 yaşlı S.Müseyibova, 10 yaşlı X.Müseyibova və 47 yaşlı G.Vahabova yaralanıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon