SON XƏBƏRLƏR

Bu il ərzində Cəlilabad rayonunda itdişləmə ilə bağlı müraciətlərin sayı açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, cari il ərzində 571 nəfər itdişləməsi ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Həmçinin xəstəxanaya 132 nəfərin zəhərlənmə, 3 nəfərin dəm qazından zəhərlənmə, 11 nəfərin ilanvurma ilə bağlı müraciəti daxil olub.

Müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb.