SON XƏBƏRLƏR

Cəlilabad rayonu Azərbaycan Silahlı Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstəyini davam etdirir. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində Cəlilabad RİH-yə istinadən verir.

Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyəti və rayonun ictimai fəallarının təşkilatçılığı ilə dövlət sərhədində istehkam sədlərinin qurulması, müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində istifadə olunacaq avtomobil şinlərinin müxtəlif yük maşınları vasitəsilə cəbhə xəttinə göndərilməsinə başlanılıb.

Bu kampaniyaya həmçinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov da qoşulub. O, şinlərin yük maşınlarına yığılmasına kömək edib.

Kampaniya iştirakçıları bildiriblər ki, avtomobil şinləri hərbi hissələrdə qəbul edilir və hərbçilərimizin təhlükəsizliyi üçün səngərlərdə istifadə olunur.

Qeyd edək ki, Cəlilabad rayonunda toplanan avtomobil şinləri dörd TIR yük maşını ilə hərbi hissələrə yola salınıb. Kampaniyanın mütəmadi davam etdirilməsi nəzərdə tutulur.