SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunda kadr dəyişikliyi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.

Belə ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağaxan Çapar oğlu Ağayev vəzifədən kənarlaşdırılaraq yerinə İlkin Zeynalov təyin olunub.

Qeyd edək ki, İlkin Zeynalov təyinatdan öncə Cəlilabad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb. Onun oğlu 44 günlük Vətən müharibəsinin qazisidir.