SON XƏBƏRLƏR

Cəlilabad rayon sakinindən narkotik vasitə olan heroin aşkarlanıb. Bu haqda məlumat Cenublu.az-a bu gün, 18 oktyabr tarixində Daxili İşlər Nazirliyindən verilib.

Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini Həsrətəli Bəhmənzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı sərnişini, Cəlilabad rayon sakini Qadir Məhərrəmova məxsus 250 qram marixuana və 6 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Q.Məhərrəmov və H.Bəhmənzadə saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.